USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azexport 4,6 milyon dollarlıq ixrac sifarişi alıb

Azexport.az portalına 2017-ci ilin Yanvar ayı ərzində yerli məhsulların ixracı üçün, müxtəlif ölkələrdən 4 milyon 630 min ABŞ Dolları dəyərində sifariş daxil olub. ASAN Radio İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən bildirir ki, bu təkliflər əsasən Rusiya, Türkiyə, İraq, Bolqarıstan, Liviya, Moldova və digər ölkələrdəndir.

Məlumat üçün bildirək ki, Bolqarıstan 4 min ton qırmızı mərci sifariş edib. Bu sifarişin ümumi dəyəri 4 milyon ABŞ dollarıdır. Bolqaristandan daha bir sifariş 10 ton fındıq ləpəsinədir. Bu satışdan qazanılacaq məbləğ 80 min ABŞ dollarıdır.

İraq və Liviyadan ümumi həcmi 300 ton miqdarında makaron məmulatlarına sifariş daxil olub. Bu sifarişin məbləği 180 min ABŞ dollarıdır.

Türkiyə, İraq, Liviya və Qana və Nigeriyadan ümumi həcmi 180 ton ixrac üçün toyuq əti sifariş olunub. Bu sifarişin ümumi dəyəri 350 min ABŞ dollarıdır.

Moldovadan 20 min ədəd Limonad sifarişi daxil olub ki, bu sifarişin də ümumi dəyəri 20 min ABŞ dollarıdır. Bundan başqa Rusiyadan kosmetik şirkətin, şərab məhsullarının distrübütorluğu üçün təklif gəlib. Hazırda istehsalçı şirkətlər qiymət və məhsul nümunələrini qarşı tərəfə göndərib. Azexport.az vasitəsi ilə Fransadan nar şirələrinin distrübutorluğu üçün sifariş daxil olub. Bunun üçün 10-dan artıq nümunə artıq Fransaya göndərilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!