USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İndoneziyada Azərbaycanın “ASAN xidmət”i barədə təqdimat maraqla qarşılanıb

Martın 24-də Cakartada İndoneziya Prezidentinin Yaxın Şərq və İslam Əməkdaşlıq Təşkilatı ölkələri üzrə xüsusi elçisi ofisinin təşəbbüsü ilə “İƏT ölkələrində qabaqcıl təcrübə: Vahid pəncərə xidmətləri. Azərbaycanın “ASAN xidməti” mövzusunda bu ölkədəki səfirliyimiz tərəfindən interaktiv təqdimat keçirilib.

İslam Əməkdaşlıq Təşkilatına üzv olan 29 ölkənin Cakartada akkreditə olunmuş diplomatlarının, eləcə də İndoneziyanın aidiyyəti dövlət qurumlarının məsul əməkdaşlarının iştirak etdikləri tədbirdə “ASAN xidmət”ə dair məlumat verilib, bu sistemin şəffaflıq və məsuliyyəti təmin etməklə korrupsiya üçün şəraitin aradan qaldırılmasında çox səmərəli vasitəyə çevrildiyi bildirilib.

Qeyd olunub ki, vətəndaşa isitiqamətlənmiş dövlət siyasəti aparan Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərində dövlət qurumlarının və özəl təşkilatların 265-dən artıq xidməti təklif olunur. Həmin mərkəzlərdə Azərbaycan mütəxəssislərinin hazırladığı proqram təminatı vasitəsilə müasir informasiya texnologiyaları tətbiq edilir. “ASAN xidmət”in “İdeya bankı”, “ASAN imza”, “ASAN kadr”, “ASAN radio”, “ASAN məktub” və digər uğurlu layihə və fəaliyyət istiqamətlərinə dair dolğun məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Vurğulanıb ki, “ASAN xidmət” ictimai xidmətlərin göstərilməsində qabaqcıl model kimi dünyada tanınır və bu sahəni keyfiyyətcə yeni səviyyəyə qaldırmaq istəyən ölkələr üçün ən yaxşı təcrübədir. BMT Azərbaycanda yaradılmış “ASAN xidmət”i sosial sahədə ölkənin nailiyyətlərindən biri hesab edərək onu 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görüb.

İndoneziyanın dövlət qurumlarının, eləcə də xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları “ASAN xidmət” sisteminin ölkələri üçün xüsusi maraq kəsb etdiyini bildiriblər və Azərbaycanın təcrübəsinin ölkələrində tətbiq olunması üçün yaxından öyrənilməsinin vacibliyini qeyd ediblər.

Tədbirdə bu sahədə təcrübə mübadiləsinin konkret istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!