Türkiyənin Diyarbəkir vilayətinin Lice qəsəbəsində terrorçular Jandarma polis bölməsi komandirliyinə hücum ediblər. Gecə saatlarında terrorçular hücumu partlayıcı maddə ilə yüklü olan avtomobillə həyata keçirib.
Güclü partlayış baş verib. İlkin məlumatlara görə, partlayış nəticəsində 3 əsgər şəhid olub, 22 əsgər isə yaralanıb. Təxminən 15 dəqiqə atışmadan sonra terrorçular geri çəkilərə qaçmağa müvəffəq olublar.
Türkiyə mətbuatının yazdığına görə, bölgəyə çox sayda təcili tibbi yardım və yanğınsöndürən maşınlar cəlb olunub. Bölgəyə giriş-çıxış tamamilə dayandırılıb. Silahlılara qarşı helikopterlərin də dəstək verdiyi əməliyyatlar başladılıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!