USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Zaxarova Qarabağ münaqişəsi və Lavrovun Bakı səfərindən danışdı

Rusiya Xairici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi üzrə rəsmi Moskvanın mövqeyi və ölkənin xarici siyasət idarəsinin başçısı Sergey Lavrovun Azərbaycana planlaşdırılan səfəri ilə bağlı açıqlama verib.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinq zamanı Dağlıq Qarabağ münaqişəsinə dair verdiyi açıqlmada Moskvanın münaqişənin həllini ürəkdən istədiyini bəyan edib.

"Mənə elə gəlir ki, bizim məqsədimizin səmimiliyi, həqiqiliyi sübuta yetirilib. Və biz həm ATƏT-in Minsk qrupunun digər həmsədrləri, həm də Azərbaycan və Ermənistan tərəfləri ilə uzun illərdir ikitərəfli münasibətlərdə böyük problemlərə səbəb olan yaranmış çətin vəziyyətin yoluna qoyulmasını istəyirik.

Çox istəyirik ki, bu problem nəhayət gündəmdən düşsün. Təbii ki, beynəlxalq hüquq normalarına riayət olunmaqla: tərəflərin bir-birinə hörmət etməsi və bərabərlik", - Zaxarova bəyan edib.

Mariya Zaxarova Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana planlaşdırılan səfəri haqqında da danışıb. O deyib ki, Lavrovun Bakıya səfəri ilə bağlı hazırlıqlar getsə də hələlik dəqiq vaxt təyin edilməyib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!