USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Bizim Kino Günləri 2017” layihəsi “Yarımçıq xatirələr” filmi ilə bütün kinoteatrlarda

ASAN Radionun informasiya dəstəyi ilə bu gündən etibarən “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Yarımçıq xatirələr” bədii filminin nümayişinə başlanılır. Elxan Cəfərovun hərbi-vətənpərlik mövzusunda lentə alınan yeni filminin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema”, “CinemaPlus” kinoteatrlar şəbəkəsində və Şüvəlan Mədəniyyət Evində baş tutacaq. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və “Azərbaycanfilm” kinostudiyasının Facebook səhifəsində yerləşdirələcək.

Seanslar haqqında əlavə məlumat üçün:

Nizami Kino Mərkəzi: nizamicinema.az; 012 493 28 18

“Park Cinema” kinoteatrlar şəbəkəsi: parkcinema.az; 012 598 74 14; 119

“CinemaPlus” kinoteatralr şəbəkəsi: cinemaplus.az; 012 499 89 88; 119

Şüvəlan Mədəniyyət Evi: 012 459 02 15; 012 459 58 30

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınan ekran əsəri 1941-ci ildə əfsanəvi Brest qalasında döyüşən və 50 il sonra Qarabağ müharibəsində yenidən əlinə silah alan əsgərdən bəhs edir.

Filmin ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamları Vadim Şafranskiy və Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Bəhruz Vaqifoğlu, Mixail Kaminskiy, Georgi Tsaava, Gülzar Qurbanova, İvan Matskeviç, Şamil Süleymanlı və digərləri canlandırırlar.

İnformasiya dəstəyi: ASAN Radio, Xəzər TV, “Mədəniyyət.AZ” jurnalı, medeniyyet.info, “Mədəniyyət” qəzeti

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!