USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xalq Artisti Hamlet Xanızadənin xatirəsi yad edilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Artisti, görkəmli teatr və kino xadimi, Dövlət mükafatı laureatı Hamlet Xanızadənin 75 illiyinə həsr olunmuş tədbir keçirilib.

ASAN Radio xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Akademik Milli Dram Teatrının direktoru, Xalq Artisti Azərpaşa Nemət çıxış edərək aktyorun Azərbaycan kinosu və teatrının inkişafındakı xidmətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüb.

Vurğulanıb ki, Hamlet Xanızadə 1941-ci il iyunun 5-də Bakının Şağan kəndində dünyaya gəlib. Qeyri-adi istedadı ilə milyonlarla tamaşaçının, dinləyicinin məhəbbətini qazanan H.Xanızadənin yaratdığı unudulmaz obrazlar milli teatrın həyatında əlamətdar hadisəyə çevrilib.

Diqqətə çatdırılıb ki, Hamlet Xanızadə Hüseyn Cavidin “İblis”, “Xəyyam”, “Topal Teymur”, Səməd Vurğunun “Vaqif”, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”, Nazim Hikmətin “Şöhrət və ya unudulan adam”, Şekspirin “Antonio” və başqa tamaşalarda, “O qızı tapın”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “İmtahan”, “Qoz qabağında şeytan balası”, “Şəhərin yay günləri”, “Babək”, “Nizami”, “Qətl günü” və onlarca başqa bədii filmlərdə unudulmaz, yaddaqalan obrazlar, xarakterlər yaradıb. Unudulmaz sənətkar 1990-cı il fevralın 3-də 49 yaşında vəfat edib. Öz vəsiyyətinə görə doğulduğu Şağan kənd qəbiristanlığında dəfn olunub.

Aktyorun digər sənət dostları onun yaradığı obrazlar qalereyasından söz açaraq xatirələrini bölüşüblər.

Daha sonra sənətkarın çəkildiyi filmlərdən və teatr səhnəsində rol aldığı tamaşalardan parçalar nümayiş olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!