USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xurşidbanu Natəvana həsr edilən “Sirlər xəzinəsi” adlı gecə keçirilib

Bu gün Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Kitabxanasının birgə təşkil etdiyi “Sirlər xəzinəsi” ədəbi-bədii musiqili layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilən gecə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan layihə çərçivəsində bu silsilədən olan ikinci tədbirdir.

Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov layihə çərçivəsində ilk tədbirin dahi Məhəmməd Füzuliyə həsr olunduğunu söyləyib. Bugünkü tədbirin isə Xurşidbanu Natəvana həsr edildiyini bildirən K.Tahirov deyib ki, onun yaradıcılığı klassik Azərbaycan şeirinin ən gözəl nümunələrindən biridir.

AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, professor Nizami Cəfərov bildirib ki, klassik irsi yaşatmaq baxımından layihə öz əhəmiyyəti ilə təqdirəlayiqdir. X.Natəvanın yaradıcılığı öz obrazlılığı ilə seçilir və XIX əsr klassik şeirinə bir novatorluq gətirib.

Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölgəsinin sədri, professor Ənvər Əhməd X.Natəvanın həyat və yaradıcılığından söz açıb.

Gecədə şairin şeirləri və muğamlar səsləndirilib.

ASAN Radio layihəyə informasiya dəstəyi verib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!