USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“YARAT” Müasir İncəsənət Mərkəzinin ARTIM layihə məkanında “Disfoniya” adlı qrup sərgisi açılıb

“YARAT” Müasir İncəsənət Mərkəzinin ARTIM layihə məkanında rəssamlar - Hatəm Əlizadə, Mousa Bəyzadə, Əli Həsənov, Novruz Məmmədov, Filipp Messner və Sabit Zamanovun əsərlərindən ibarət “Disfoniya” adlı qrup sərgisi açılıb.

ASAN Radio xəbər verir ki, sərgi gündəlik məlumat axınının və səs “çirklənməsi”nin artması, eləcə də insanın daxili münaqişələrini və psixoloji durumlarını araşdıran eksperimental layihədir.

Disfoniya tibbi termin kimi struktur olaraq tamamilə normal olan səs büküşlərinin, səsi yaradan qırtlağın və rezonansı yaradan udlaq və ağızın normal funksiyasına və anatomiyasına baxmayaraq insanın uyğun səs çıxartma funksiyasını yerinə yetirə bilməməsi vəziyyətidir.

Rəssam Hatəm Əlizadənin əsərində tətbiq etdiyi konsepsiya həyatımızda informasiyanın həddindən artıq olduğunu vurğulayır. Müxtəlif kitablarda, qəzetlərdə, jurnallarda və onlayn mediada istənilən suala cavab tapmaq mümkündür.

Seyrçi Mousa Bəyzadənin səsli instalyasiyasının qulaqcıqlarını taxaraq tam qaranlıq otaqda, hələ 1977-ci ildə yazılmış və Qızıl fondan götürülmüş melodiyanın xırıltılı səslə birləşdirilmiş avazını eşidir. Bu əsər istehza şəklində mədəniyyət strukturunun və ya modelinin süni dirçəlişini göstərir.

“Təyinat yeri” videosu İstanbulda ustad dərsi zamanı ərsəyə gəlmiş rəssam Əli Həsənovun performansçı Nadi Tsulukidze ilə birgə layihəsidir. Həmin əsərdə intizar içində qalan və nə etmək lazım olduğunu bilməyən insanın vuayerizm baxış bucağı təqdim edilir.

Rəssam Novruz Məmmədovun instalyasiyası ilk baxışdan çox tanınan bir əşya - hamam otağının duşundan ibarətdir. O, işə salındığı zaman su əvəzində səs buraxır. İnstalyasiya şəhər məkanının səs müxtəlifliyini tədqiq edir. Bizim sənaye cəmiyyətimizin istehsal etdiyi bəzən narahat, toksinlərin idarə edilməsindən yorulmuş, eyni zamanda isə artıq adiləşmiş, sakitləşdirici və hətta təravətləndirici, yatmış xatirələr oyadan parlaq şəhər həyatından danışır.

Filipp Messnerin videoəsəri dairəni, öz-özünə törəyən daima fırlanan təkəri yükləmə (gözləmə) işarəsini göstərir. Bu rəqəmsal animasiya işarəsi kompüter prosesi çətinliklə icra edərkən peyda olur. Həmin simvolu real fiziki məkana nəql edərək rəssam insanın virtual estetikanı necə dərk etməsini tədqiq edir.

Seymur Seyidbəylinin “Daxili söhbət” adlı videosu amerikalı psixoloq Erik Bernin alter egosu (başqa bir mən) üç mərhələli nəzəriyyəyə əsaslanıb. Bu nəzəriyyəyə əsasən hər bir insanın alter egosu, eyni zamanda bir uşaq, bir valideyn və bir müdrikdən ibarətdir. Valideynin səsi bizi zamana qarşı səbirli olmağa öyrədir. Uşaq səsi emosiyalarla doludur halbuki, müdrik səs bizim hərəkətimizi dəyərləndirməyə çağırır. Rəssam insanın kənardan gələn ideyalara müqaviməti zamanı yaranan daxili münaqişə anlarında öz-özlüyündə ziddiyyətlər yaradan müzakirələri ifadə edir.

Sabit Zamanovun “Ürək. Tərk edilmiş qəlb silsiləsindən” heykəltəraşlıq kompozisiyası bir insanın həyatında, keçmişində başına gəlmiş hadisələrdən, gərçək həyatda illər öncə yaşadıqları uğursuzluqlardan bəhs edir.

Fevralın 24-dək davam edəcək sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!