USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Rejissor Rafiq Dadaşov dünyasını dəyişib

ASAN Radio xəbər verir ki, uzun müddət Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışan rejissor, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Rafiq Dadaşov dünyasını dəyişib.

Rafiq Dadaşov 1946-cı ildə Bakıda anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinin qiyabi şöbəsinə daxil olub. Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor köməkçisi qismində peşəkar fəaliyyətə başlayıb. 1969-1971-ci illərdə Moskva Dövlət Kino Komitəsinin nəzdində olan Ali kinorejissor və ssenarist kurslarında təhsilini davam etdirib. O, 1995-ci ildən "Aztelefilm" birliyində də işləyib.

R.Dadaşov “Azərbaycanfilm” kinostudiyasında uzun əmək yolu keçib. O, qısa bir zamanda “Yenilməz batalyon”, “Sən nə üçün susursan?”, “Torpaq. Dəniz. Od. Səma”, “Bir cənub şəhərində” kimi bədii filmlərdə rejissor köməkçisi, “Səmt küləyi”, “1001-ci qastrol”, “Dantenin yubileyi”, “Yarımçıq qalmış serenada”, “Yol əhvalatı”, “Uzun ömrün akkordları”, “Qəm pəncərəsi”, “Ötən ilin son gecəsi” və s. bədii filmlərdə ikinci rejissor qismində yüksək iş qabiliyyəti, özünə qarşı tələbkarlığı, peşəkarlığı ilə seçilib. Bu gün də tamaşaçılar tərəfindən sevilə-sevilə baxılan bir çox filmlərin uğur qazanmasında Rafiq Dadaşovun xüsusi əməyi vardır. O, 2016-cı ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, onlara səbr diləyir.

Allah rəhmət eləsin! 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!