ASAN Radio xəbər verir ki, “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Yarımçıq xatirələr” bədii filminin nümayişi davam edir.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınan ekran əsəri 1941-ci ildə əfsanəvi Brest qalasında döyüşən və 50 il sonra Qarabağ müharibəsində yenidən əlinə silah alan əsgərdən bəhs edir.
Filmin ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamları Vadim Şafranskiy və Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Bəhruz Vaqifoğlu, Mixail Kaminskiy, Georgi Tsaava, Gülzar Qurbanova, İvan Matskeviç, Şamil Süleymanlı və digərləri canlandırırlar.
Elxan Cəfərovun "Yarımçıq xatirələr" filminin 7 fevral tarixinə olan seansları:
Nizami Kino Mərkəzi:
10:20
Nizami Kino Mərkəzinin əlaqə telefonu: 0124932818
CinemaPlus Aygun City:
13:30
19:10
CinemaPlus kinoteatrlarının əlaqə telefonu: 119; 0124998988
Park Cinema IMAX - Flame Towers:
10:20
Park Cinema kinoteatrlarının əlaqə telefonu: 119; 0125987414
Şüvəlan Qəsəbə Mədəniyyət Evi:15:00
Şüvəlan Qəsəbə Mədəniyyət Evinin əlaqə telefonu:012 459 02 15; 012 459 58 30
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!