23/10/2017 04:32

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0000 0.0297 0.4638


Gündəm

Rusiya qırıcıları səhvən türk hərbçiləri vurdu: Putin Ərdoğana zəng etdi


09.02.2017   19:16


Bu gün Rusiya hərbi təyyarəsi Suriya ərazisində Türkiyə hərbi kontingentinin olduğu binaya zərbə endirib. 

ASAN Radio "Anadolu" agentliyinə istinadən bildirir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, hadisə saat 08:40-da baş verib. Rusiyaya məxsus hərbi təyyarənin türk əsgərlərinin qaldığı binanı bombalaması nəticəsində 3 əsgər həlak olub, 11-i yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. V.Putin Əl-Bab şəhərində türk hərbçilərinin həlak olması ilə bağlı R.T.Ərdoğana başsağlığı verib. Tərəflər Suriya məsələsini müzakirə edib. Söhbət əsnasında Suriyada beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə kontekstində əsas aspektlər barədə fikir mübadiləsi aparılıb.




Xəbər lenti

21 Oktyabr
20 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook