ASAN Radio xəbər verir ki,Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazisinə qar yağır.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, qarın yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 12 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qubanın Qırız kəndində qeydə alınıb.
Ən çox qar yağan ərazi isə Qusarın Ləzə kəndidir. Burada qarın hündürlüyü 18 santimetrə çatır.
Qubanın Xınalıq kəndinə 4, Qırız kəndində isə 14 santimetr qar yağıb. Ümumilikdə, şimal bölgəsində dağlıq ərazilərə düşən qarın hündürlüyü 1-18 santimetr təşkil edir.
Fevralın 8-dən başlayan qeyri-sabit hava şəraitinin ayın 14-dək davam edəcəyi proqnozlaşdırılır.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!