USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq.

Son oyun günündə 2 matç keçiriləcək.

Paytaxtda üz-üzə gələcək cütlüklərin oxşar cəhəti var. “İnter” cari çempionatda keçirdiyi hər iki oyunda AZAL-ı üstələyibsə, “Sumqayıt” “Neftçi”dən güclü olub.

Lakin artıq vəziyyət bir qədər fərqlidir. “Neftçi” qış fasiləsində heyətini gücləndirib, “İnter” Ruslan Abışov və Ağabala Ramazanov kimi aparıcı futbolçularını itirib. Bu mənada günün oyunlarından fərqli nəticə gözləməyə dəyər.

Düzdür, turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “İnter” yenə AZAL ilə görüşdə favoritdir. Lakin Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv sonuncu sırada olmasına rəğmən, rəqiblərinə asanlıqla təslim olmur. Necə ki, son həftələrdə “Qəbələ” və “Qarabağ” “təyyarəçilər”i çətinliklə məğlub etdilər.

“Neftçi” ilə “Sumqayıt”ın dueli də maraqlı mübarizə vəd edir. “Ağ-qaralar” sonuncu turda “İnter” üzərində 3:1 hesabı ilə inamlı qələbə qazanmaqla, dirçəlişdə olduqlarına işarə vurdular. Samir Abasovun baş məşqçisi olduğu qonaqlar isə qış fasiləsindən sonra məğlubiyyət üzü görməyən komandalardan biridir. Təsadüfi deyil ki, hazırda bu kollektiv 22 xalla 4-cü pillədədir və “İnter”dən 7 xal geri qalır.

Bu gün yalnız “Neftçi” turnir cədvəlindəki mövqeyini yaxşılaşdıra bilər. Paytaxt təmsilçisi qalib gələcəyi halda, xalını 16-ya çatdırıb, 6-cı pilləyə qalxacaq.

Azərbaycan Premyer Liqası, XVIII tur

13 fevral (bazar ertəsi)

15:00 AZAL – “İnter”

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Məlik Həsənov

“AZAL Arena”

İlk 2 dövrədəki oyunlar: 1:3, 0:3

17:30 “Neftçi” – “Sumqayıt”

Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Nahid Əliyev, Ziya Nəsirov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Şahin Cəfərov

“Bakcell Arena”

İlk 2 dövrədəki oyunlar: 1:2, 0:2

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!