USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qar örtüyünün hündürlüyü Lənkəran-Astara zonasında 88 sm olub: Sinoptiklər faktiki havanı açıqladılar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi fevralın 13-ü gündüzdən 14-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir sulu qar, qar yağıb, Lənkərana-Astara zonasında intensiv olub.

ASAN Radio nazirliyə istinadən bildirir ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-9, Böyük Qafqazda 2-10, Naxçıvan MR-da 4-6, Lənkəran-Astara zonasında 3-29, Mərkəzi-Aran rayonlarında 3-12, Qazax-Gəncə zonasında 3-10 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Bakıda və Abşeron yarımadasında: Qumyataqda 4, Bakı, Maştağada 3, Sumqayıt, Ələtdə 2, Binə, Zabratda 1, Lənkəran-Astara zonasında: Rvarudda 88, Lerikdə 70, Yardımlıda 39, Göytəpədə 32, Lənkəran, Kəlvəzdə 25, Biləsuvarda 20, Astarada 14, Kiçik Qafqazda: Daşkəsəndə 15, Göygöldə 11, Gədəbəydə 9, Böyük Qafqazda: Sarıbaşda 49, Altıağacda 18, Qırızda 17, Qubada 15, Şamaxıda 12, Mərəzə, Qusar, Kişçayda 9, Şəki, Qəbələdə 8, Oğuz, Zaqatala, İsmayıllıda 4, Şabran, Şirvanda 3, Balakəndə 1, Qazax-Gəncə zonasında: Şəmkirdə 7, Gəncə Aviada 5, Gəncə, Tovuzda 4, Naftalan, Ağstafada 3, Naxçıvan MR-da: Ağdərədə 45, Şahbuzda 28, Şərurda 27, Naxçıvanda 26, Mərkəzi-Aran rayonlarında: Kürdəmirdə 20, Qazıməmməddə 7, Tərtərdə 6, Beyləqanda 5, Mingəçevir, Salyanda 2, Bərdə, İmişli, Sabirabad, Cəfərxanda 1 sm olub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!