USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Cənub bölgəsində qarın hündürlüyü 1 metri keçib

Ötən gün axşam saatlarında başlayaraq, cənub bölgəsinə güclü qar yağıb.

ASAN Radionun məlumatına görə, qarın qalınlığı hazırda Lerik rayonunda mərkəzdə 70-80 sm, ucqar ərazilərdə 1 metrdən artıqdır. Bu səbəbdən Lənkəran-Lerik yolunda nəqliyyatın hərəkətində çətinlik yaranıb.

Lerik yol idarəsi gücləndirilmiş iş rejimində işləsə də, yolda nəqliyyat hərəkətini yalnız birtərəfli qismən təmin etmək mümkün olub. Yolun 40-55-ci km-ləri arasında güclü buzlaşma olduğundan nəqliyyatın hərəkəti üçün olduqca təhlükəlidir. Rəsmilər sürücüləri imkan daxilində yoldan az istifadə etməyə çağırır.

Hazırda Lerikdə rayon mərkəzində 8 dərəcə, ucqar kəndlərdə 12 dərəcə şaxta var. Lerikin ucqar kəndlərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Yardımlı rayonunda da dağlıq kəndlərdə elektrik enerjisi təminatında problemlər var, nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.

Enerji sarıdan ən böyük problem Lənkəran - Astara rayonlarında yaşanır. Astara rayon fövqəladə hallar komissiyasından verilən məlumata görə, hazırda 81 yaşayış məntəqəsi işıqsız qalıb. Yaxın kəndlərə gedən yollar açıq olsa da, dağ kəndlərinə gedən yollar bağlıdır. Lənkəranda rayon mərkəzində qarın qalınlığı 31 sm, ucqarlarda 70 santimetrdən artıqdır.

Hazırda bölgəyə güclü qar yağmaqda davam edir. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!