USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Azəryolservis" yağışla bağlı yollarda nəzarəti gücləndirdi

Dünəndən başlanan güclü yağışla bağlı "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti yollardakı vəziyyəti nəzarətə götürüb. Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, yağışla əlaqədar hələlik yol təsərrüfatında problem yaranmayıb: "Əməkdaşlarımız hazırda bu işə səfərbər olunub, yollar nəzarətdə saxlanılır. Avtomobil yollarının yağış sularından təmizlənməsi, asfalt örtüyünün su ilə dolmasının qarşısının alınması üçün yollardakı yağış barmaqlıqlar təmizlənib. Hazırda yağış sularının ötürülməsində problem yoxdur. Yağış sularının gətirə biləcəyi zibillərin yağış barmaqlıqları tutmasının qarşısının alınması məqsədilə yol təsərrüfatının səfərbər olunan işçiləri tərəfindən hazırda yağış barmaqlıqlara baxış keçirilir. Hələlik yol təsərrüfatında bununla bağlı problemlər yaranmayıb".

Paytaxtın Ziya Bünyadov prospektində yağış sularının avtomobillərin hərəkətinə problem yaratmasına gəlincə isə Anar Nəcəfli bildirib ki, bu problem yol təsərrüfatına aid deyil. Onun sözlərinə görə, yolların kənarlarındakı yağış barmaqlıqlarının suyu sonda mərkəzi kollektora qoşulur və ola bilsin ki, həmin kollektor da yağış sularını tam qəbul edə bilmir, nəticədə belə problem yaranır. Həmin mərkəzi kollektor isə "Azəryolservis" ASC-nin nəzarətində deyil.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!