Respublikanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ASAN Radioya bildirib ki, respublikanın bütün avtomobil yolları nəqliyyat vasitələrinin hərəkəti üçün açıqdır. Şəmkir-Gədəbəy və Gəncə-Qazax magistralında nisbətən buzlaşma müşahidə olunur. Buna baxmayaraq, bütün istiqamətlərdə yollar nəqliyyatın hərəkəti üçün açıqdır.
K.Əliyev sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, avtomobilləri mövsümi qış şinləri ilə təchiz etməyi, işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən istifadə etməməyi, nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməyi tövsiyə edib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!