Qar uçqunu səbəbindən bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub.
ASAN Radio xəbər verir ki, qar uçqunu fevralın 17-si səhər saatlarında Quba-Xınalıq yolunun 37-ci kilometrliyində qeydə alınıb. Uçqun nəticəsində yola bir neçə metr hündürlüyündə qar tökülüb. Yolun bağlanması nəticəsində həmin istiqamətdə yerləşən 8 kəndlə nəqliyyat əlaqəsi kəsilmişdi.
“Azəravtoyol” ASC-nin yerli qurumunun əraziyə cəlb olunan işçi qüvvəsi və ağır texnikası günün ikinci yarısında yolu qardan təmizləməyə müvəffəq olub.
Hazırda avtomobillərin Xınalıq istiqamətində hərəkətində problem yoxdur. Bununla belə əraziyə yalnız qarlı havaya uyğun xüsusi nəqliyyat vasitələri ilə getmək tövsiyə edilir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!