USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Tibb Universitetində YAP-ın hesabat-seçki yığıncağı keçirilib

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının ərazi dairəsi üzrə hesabat seçki yığıncağı keçirilib. Toplantının əvvəlində Azərbaycan uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

ASAN Radio ATU-ya istinadən bildirir ki, Nəsimi rayon üzrə YAP təşkilatının ATU nəzdindəki ilk ərazi təşkilatının sədri, tədris və müalicə işləri üzrə prorektor Sabir Əliyev rəhbərlik etdiyi təşkilatın yekun hesabatını iştirakçıların nəzərinə çatdırıb. Tədbirdə ATU-dan 250 nəfərin iştirak etdiyini vurğulayan prorektor S.Əliyev müstəqil Azərbaycanın yaradıcısı olan ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müasir Azərbaycan Respublikasının sabit inkişaf yoluna qədəm qoyduğunu xatırladıb: “Bu sabitlik indiyə qədər davam edir. İndi də ümummilli liderin davamçısı cənab İlham Əliyev bu yolu şərəflə davam etdirir. 2016-cı il Azərbaycan xalqı üçün bir sıra əlamətdar hadisələrlə zəngin olub. Dünyada iqtisadi böhranın müşahidə olunduğu bir vaxtda respublikamız qarşıya qoyulan hədəflərin əksəriyyətini reallaşdırıb”.

S.Əliyev qeyd edib ki, YAP Nəsimi rayon təşkilatının ATU nümayəndəliyi xüsusi fəallığı ilə seçilir. ATU-nun YAP üzrə olan əməkdaşları bir çox toplantılarda iştirak edirlər. Ərazi üzrə partiya təşkilatımızın əməkdaşlarının sayı 1150-dən çoxdur. Bunlardan 406 nəfəri kişi, 557 nəfəri qadındır. Onlar arasında professorlar-96 nəfər, əməkdar elm xadimləri-28 nəfər, kafedra müdiri-55 nəfər, dosent və baş müəllim-402, assistentlər isə-238 nəfərdir.

Hesabat xarakterli çıxışdan sonra ATU üzrə YAP-ın ilk ərazi təşkilatının sədr seçkiləri baş tutub. Nəticədə ATU-nun tədris və müalicə işləri üzrə prorektoru Sabir Əliyev qurumun sədri seçilib. ATU-nun patoloji fiziologiya kafedrasının dosenti Sərdar Əliyev və universitetin beynəlxalq əlaqələr üzrə prorektoru dosent Nadir Zeynalov isə sədrin müavinləri seçiliblər.

Tədbirdə ATU-nun bir sıra tələbələrinə YAP-ın üzvlük vəsiqəsi təqdim edilib.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyd edib ki, ümummilli lideri Heydər Əliyevin şəxsi qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün bütün regionda lider partiya olan YAP-ın yaradılmasının 25 illiyi respublikamızda təntənəli şəkildə qeyd edilir: “Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin sədrliyi ilə böyük inkişaf yolu keçərək milli-siyasi iradəni təmsil edən və xalqımızın mənafeyini ifadə edən avanqard siyasi qüvvəyə çevrilib. Bu gün də mövcud iqtidarın monolit birliyi nəticəsində Ümummilli liderimizin qurub yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla irəli gedir”.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxışında YAP-ın yaradılması, və formalaşması dövrünə siyasi ekskurslar edildiyini bildirib. O, YAP-la bağlı ümummilli lider Heydər Əliyevin bir kəlamını xatırladıb: “Yeni Azərbaycan Partiyası bu günün və gələcəyin partiyasıdır”. Bu gün Azərbaycanın inkişaf dərəcəsi həmin sözlərin nə qədər həqiqətə uyğun olduğunu bir daha sübut edir. Bu gün ölkədə çoxlu partiyalar var. Buna baxmayaraq, YAP-ın istər daxili, istərsə xarici siyasətini düzgün, peşəkar və düşünülmüş şəkildə aparması onu digərlərindən fərqləndirir”. G.Gəraybəyli ATU tələbələrinin könüllü şəkildə YAP-a üzvlük üçün müraciət etdiklərinin sevindirici hal olduğunu qeyd edib.

Tədbirdə daha sonra ATU-nun İnsan anatomiyası kafedrasının müdiri professor Vaqif Şadlinksi, əczaçılıq texnologiyası və idarəçəliyi kafedrasının müdiri Məhbubə Vəliyeva, ATU-nun tibbi-profilaktika fakültəsinin dekanı dosent Aydın Məmmədov da çıxış edərək fikirlərini bildiriblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!