USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xocalı soyqırımının 25-ci ildönümündə “Ana fəryadı” abidəsi önünə yürüş ediləcək

“Xocalı soyqırımının günahkarları arasında biz də varıq. Çünki bizim yaddaşımız çox zəifdir. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlar 1988-ci ildən deyil, XX əsrin əvvələrindən başlayıb”.

ASAN Radionun xəbərinə görə, bunu hərbi prokuror Xanlar Vəliyev Xocalı Soyqırımının 25-ci ildönümünə həsr olunan elmi-praktik konfransda deyib.

X.Hacıyev xatırladıb ki, Gəncə Şəhər Prokurorluğunda işlədiyi vaxtlarda ermənilərlə bağlı cinayət işlərini özü aparıb: “Onların bütün cinayətlərinə mən baxırdım və sona çatdırırdım". 

Onun sözlərinə görə, Azərbaycan xalqı bundan sonra torpaq itirmək fikrində deyil: “Millət artıq ayılıb, müstəqil dövlətik. Xocalıda baş verənləri hər kəs bilir. Ümid edirik ki, tezliklə bu işlər Beynəlxalq Hərbi Tribunalda dinləniləcək. Əvvələr istintaq düzgün aparılmırdı. Xocalı faciəsi ilə bağlı iş 2005-ci ildən icraatımızdadır. Bu məqsədlə xüsusi İstintaq şöbəsi yaradılıb. Çox dəhşətli hadisələr ortaya çıxıb”.

X.Hacıyev qeyd edib ki, ölkə ərazisinin işğalı nəticəsində milyardlarla ziyan dəyib: “Ekspertərlə qiymətləndirmə işləri aparırıq. Biz o zaman torpaqlarımızı alacağıq ki, yalnız torpaq haqqında düşünəcəyik. Azərbaycanda 26 fevral Xocalı soyqırımı, 31 mart qırğını keçdikdən sonra hamı unudur. Bunu yalnız təqvimlə xatırlamaq doğru deyil. Torpaqlarımızı azad etmək üçün nəyə gücümüz çatır, etməliyik, təbliğat aparılmalıdır. Bir məsələ var, haqq güc olsa da, güclü olar. Biz də torpaqlarımızı azad edəcəyik.Bu gün Azərbaycanın yetərincə gücü var. Bəzi xarici ölkələr imkan versə, torpaqlarımızı azad edə bilərik. Bu problemi bizdən sonrakı nəslin boynuna qoymaq haqqımız yoxdur”.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə fevralın 26-da “Ana fəryadı” abidəsi önünə yürüş ediləcək: “Bununla bağlı tapşırıqlar verilib. Bütün dövlət müəssisələri bu yürüşdə iştirak edəcək”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!