USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Əli Əhmədov: Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi düzgün, ədalətli və faydalı qərardır

Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi düzgün, ədalətli və faydalı qərardır. Mehriban Əliyeva uzun müddətdir ölkənin ictimai və siyasi həyatında ən aparıcı simalardan biri kimi tanınır. Ayrıca qeyd etməyə dəyər ki, onun fəaliyyəti təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır. Mehriban xanım ölkə xaricində Azərbaycanı ən yaxşı təbliğ edən insanlardan biridir. Onun ictimai və siyasi fəaliyyətinin coğrafiyası kifayət qədər genişdir və ölkəmizə böyük siyasi və mənəvi dividentlər gətirir.

ASAN Radio xəbər verir ki, bu fikirləri AZƏRTAC-a Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov bildirib.

Əli Əhmədov qeyd edib ki, Mehriban Əliyeva böyük humanist və xeyriyyəçidir. Rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə böyük əks-səda doğuran çoxsaylı xeyriyyəçilik layihələri həyata keçirir. Eyni zamanda, Milli Məclisin deputatı olaraq o, bir neçə amnistiya aktlının qəbul olunması təşəbbüsünü irəli sürüb, on minlərlə insanın azadlığa qovuşmasının səbəbkarı olub.

“Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyası sədrinin müavini kimi fəaliyyəti də onun ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyinatına tarixi haqq qazandırır. Azərbaycanın ən böyük və qüdrətli siyasi təşkilatının təmsilçisi kimi Mehriban xanımın təyinatı partiya üzvləri arasında xüsusi qürur və razılıq hissi ilə qarşılanıb. Partiyamız bu təyinat münasibətilə hörmətli Mehriban Əliyevaya təbrik göndərib”, – deyə Əli Əhmədov vurğulayıb.

Baş nazirin müavini Əli Əhmədov daha sonra deyib: “Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması idarəçilik sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən işlərə xüsusi dinamika verəcək, inkişaf, müasirləşmə strategiyasının bundan sonra da uğur qazanmasına əhəmiyyətli təkan olacaq.

Əli Əhmədov Mehriban Əliyevanın bu yüksək vəzifədə dövlətimiz, xalqımız üçün daha böyük işlər görəcəyinə əminliyini bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!