USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xocalı Soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) ilə birgə Respublika Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyində Elmi-praktik konfransı keçirilib.

Milli QHT forumundan ASAN Radioya bildirilib ki, konfrans öncəsi Kadrlar və Hüquqi Təminat şöbəsinin prokuroru, ədliyyə kapitanı Vüsal Əliyev tədbir iştirakçılarına muzeydə saxlanılan eksponatlar barədə, həmçinin Xocalı Soyqırımını əks etdirən tarixi sənədlər barədə ətraflı məlumat verib.  “Xocalı Soyqırımının iyirmi beşinci ildönümü”nə həsr olunmuş Elmi-praktiki konfransı giriş sözü ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev açıq elan edib və Xocalı Soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edilib. Bundan sonra Xanlar Vəliyev, bəşəriyyətin ən böyük faciələrindən olan, bütün beynəlxalq hüquq normalarının pozulması ilə törədilmiş Xocalı Soyqırımı haqqında geniş məlumat verərək bu barədə həqqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün məqsədyönlü və ardıcıl işlər görən Möhtərəm Prezidentimiz İlham Əliyev, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyeva  və Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyevanın bu sahədəki fəaliyyətlərindən, həmçinin «Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında» Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli sərəncamından və həmin sərəncamın icrası ilə əlaqədar görülmüş işlərdən danışıb, ardınca məlum “aprel döyüşləri”ndən, o cümlədən Ermənistanın silahlı təxribatının qarşısını peşəkarlıqla alaraq, düşmənə layiqli cavab verən Azərbaycan Ordusunun qəhrəmanlığından söz açaraq bu barədə də çıxış edib, daha sonra isə “Soyqırım Muzeyi” barədə ətraflı məlumat verib.  Sonda Xanlar Vəliyev, artıq dünya ictimaiyyətinin də həqiqətin nədən ibarət olmasını çox yaxşı başa düşdüyünü vurğulayaraq, azərbaycanlılara qarşı misli görülməyən cinayətlər törətmiş erməni qanunsuz silahlarının cinayət məsuliyyətinə cəlb ediləcəkləri günün uzaqda olmadığını bildirib. 

Sonra Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti cənab Rauf Zeyni çıxış edərək, Xocalı Soyqırımı ilə əlaqədar 25 il ərzində dövlət və vətəndaş cəmiyyəti tərəfindən aparılan işlər, “Xocalıya ədalət” kompaniyası tərəfindən atılan addımları yüksək qiymətləndirmiş və torpaqlarımızın işğaldan azad olunması üçün dövlət səviyyəsində görülən işlər, aprel döyüşləri və Cocuq Mərcanlıya qayıdış haqqında öz fikirlərini bildirib.  Konfransda Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xüsusi İstintaq Şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri cənab Ülvi Əhmədov, MQF-nin İdarə heyətinin sədri Qorxmaz İbrahimli, MQF-nin vitse-prezidenti Nüşabə Məmmədova və  “Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri” İB-nin sədri Mehdi Mehdiyev  çıxış ediblər. 

Tədbirdə “Soyqırım muzeyi” kitabının təqdimatı keçirilmişdir. Memorial Soyqırımı Muzeyinin konfrans zalında Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən hazırlanmış “Əsrin faciəsi” rəqəmsal video disklər və slaydlar nümayiş olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!