USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
AZPROMO-nun İtaliya nümayəndəliyi yaradılıb

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İtaliya nümayəndəliyi yaradılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən ASAN Radioya bildirilib ki, nümayəndəlik iş adamları arasında əlaqələrin, Azərbaycan məhsullarının İtaliya bazarına ixracının genişləndirilməsinə, İtaliyanın aparıcı investisiya fondlarının Azərbaycan iqtisadiyyatına cəlb olunmasına dəstək göstərəcək.

Qeyd edək ki, AZPROMO Azərbaycanın biznes və investisiya mühitinin təbliği, yerli və xarici iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə 2003-cü ildə yaradılıb. AZPROMO Azərbaycanın ixrac imkanlarının genişləndirilməsində, rəqabətqabiliyyətli məhsullarımızın xarici bazarlarda tanıdılmasında və qeyri-neft sektoruna investisiyaların cəlb edilməsində də əhəmiyyətli rol oynayır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!