USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bayram Səfərov: “Həmsədr ölkələr ermənilərin tərəfindədir”

“Azərbaycanın qələbələri günbəgün artır, amma bizim düşmənlərimiz də çoxdur”.

ASAN Radionun APA-ya istinadən verdiyi xəbərinə görə, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədri olan 3 ölkə - Rusiya, ABŞ, Fransa, ümumilikdə bütün xristian dünyası ermənilərin tərəfindədir: “Azərbaycan prezidenti, Azərbaycan ordusu həm müdafiə olunur, həm də hücum edir. Prezidentimiz açıq bəyan edib ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Azərbaycan xalqı da bir yumruq kimi möhtərəm prezident İlham Əliyevin ətrafında birləşib. Azərbaycan ordusu regionda ən qabaqcıl ordudur. Ali Baş Komandan orduya istənilən qədər vəsait ayrır, ordunu ən müasir silahlarla təmin edir. Ordumuzda xidmət edən bütün əsgərlərimizə diqqət və qayğı göstərilir. Torpaq qorunursa, onun şəhidi də olur”.

B.Səfərov prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayılın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində böyük abadıq-quruculuq işlərinin aparılacağını da qeyd edib: "Cocuq Mərcanlı kəndi bir neçə ay ermənilərin əlində qaldı. O kəndi ümummilli lider Heydər Əliyev işğaldan azad etdi"

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!