USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan - İtaliya biznes forumu keçirilib

Fevralın 23-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İtaliya biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, enerji, sənaye, İKT, maliyyə, səhiyyə, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən 140-a yaxın iş adamı iştirak edib.

ASAN Radio İqtisadiyyat nazirliyinə istinadən bildirir ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov iqtisadiyyatın diversifikasiyasının və qeyri-neft sektorunun inkişafının prioritet istiqamətlərdən olduğunu qeyd edib, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, ölkəmizin ixrac imkanlarının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. 

Azərbaycan-İtaliya iqtisadi əlaqələrinə gəlincə, nazir müavini bildirib ki, qarşılıqlı səfərlər və keçirilən görüşlər, iş adamlarının iştirakı ilə təşkil olunan işgüzar tədbirlər ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verir. İndiyədək ölkələrimiz arasında 17 biznes forum və işgüzar görüş keçirilib. Azərbaycan və İtaliyanın müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdıran Niyazi Səfərov iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, əczaçılıq sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanların olduğunu bildirib, iş adamlarını fəal əməkdaşlığa dəvət edib. 

İtaliya Respublikasının iqtisadi inkişaf naziri Karlo Kalenda Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəsinin enerji sahəsində Azərbaycanın əsas tərəfdaşlarından olduğunu vurğulayıb. Karlo Kalenda qeyd edib ki, İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələr əsasən qeyri-neft sektoru, İtaliyada istehsal olunan malların Azərbaycanda təşviqi və sənaye sahələri olmaqla üç istiqamətdə qurulub. İtaliya-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin İtaliya-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini vurğulayan K.Kalenda İtaliya iqtisadiyyatına və ölkəmizlə əməkdaşlığın inkişaf istiqamətlərinə dair məlumat verib. 

Sonra AZPROMO-nun nümayəndəsi Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimatla çıxış edib, İtaliya şirkətləri isə fəaliyyətlərinə dair məlumat veriblər. 

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!