USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ATU rektoru xaricdə təhsil alan həkimlərə müraciət etdi

Azərbaycan Tibb Universitetinin (ATU) professor-müəllim heyəti arasında xarici ölkələrdə təhsil almış gənc mütəxəssislərin sayı kifayət qədərdir. Bu gün universitetin rektoru, professor Gəray Gəraybəyli hazırda ATU-nun klinikalarında və müxtəlif kafedralarında çalışan belə həkimlərlə görüşüb.

ASAN Radio ATU-ya istinadla xəbər verir ki, rektor G.Gəraybəyli Tibb Universitetinin bu cür yetirmələri olduğuna görə fəxr hissi keçirdiyini bildirib: “Hər biriniz öz sahənizdə tanınan insanlarsız. Dünyanın aparıcı ölkələrinin təhsil sistemi, oradakı klinikaların fəaliyyəti, universitet strukturu ilə tanışsınız. Çox istərdim ki, bu biliklərinizin bizim universitetin fəaliyyətinin daha da yaxşılaşması naminə tətbiq olunmasına yardım edəsiniz. Çünki müasir, yeniləşən Azərbaycanda universitetlər də yeniliklərə açıq olmalı, bir sıra dəyişikliklər etməlidirlər”. G.Gəraybəyli Azərbaycan Tibb Universitetinin adının dünyanın qabaqcıl elmi müəssisələri ilə yanaşı çəkilməsi üçün istənilən təklif və müraciətlərə açıq olduqlarını bildirib. Rektor xüsusilə rezidentlərə yardım üçün peşəkar kadrlara, gənc mütəxəssislərə ehtiyac olduğunu qeyd edib.

Daha sonra professor G.Gəraybəyli ATU-da Türkiyənin tanınmış universiteti ilə birgə icra olunacaq yeni layihə haqqında tədbir iştirakçılarına məlumat verib. Həmçinin, ATU klinikalarındakı yeni avadanlıqlar, burada uğurla həyata keçirilən unikal əməliyyatlar, treninq mərkəzlərinin tələbələrin püxtələşməsinə göstərdiyi yardımın əhəmiyyətindən bəhs edib. Görüşün davamında bu istiqamətdə atıla biləcək addımlarla əlaqədar müxtəlif fikirlər və təkliflər səsləndirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!