AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası NASA alimlərinin Yer ölçüsündə 7 planetin kəşf etməsi ilə bağlı yaydığı məlumata münasibət bildirib.
Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov ASAN Radioya deyib ki, aşkarlanan planetlərdən 3-ü kütləsi və radiusuna görə Yerə kürəsinə oxşayır. O qeyd edib ki, həmin obyektlərin atmosferi, onların tərkibində nə var onu indidən demək mümkün deyil: “Zəif obyektlər olduğundan onları yerdən müşahidə etmək çox çətindir. NASA-nın imkanları böyük olduğu üçün arası kəsilmədən o cür obyektləri müşahidə edib belə nəticələr əldə edirlər. Ancaq sonrakı tədqiqatlar bu məlumatların nə dərəcədə düzgün olduğunu göstərəcək. Çünki bu vaxta qədər minlərlə bu tipli obyekt aşkarlansa da, onlarda həyat üçün tələb olunan iz, spektr tapılmayıb”.
Qeyd edək ki, NASA-nın Vaşinqton bürosunun yaydığı məlumata əsasən, astronomlar eyni ulduzun orbitində dövrə vuran və Yerin ölçüsündə olan 7 planet aşkarlayıblar.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!