USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“YARAT”da “Selector PRO” musiqi forumuna başlanılıb

Fevralın 23-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Selector PRO” adlı musiqi forumuna start verilib.

ASAN Radio xəbər verir ki, forum “British Council” təşkilatının ASAN Radio və “YARAT” Müasir İncəsənət Mərkəzi ilə birgə əməkdaşlığı çərçivəsində gerçəkləşib.

Tədbirdə “YARAT” Müasir İncəsənət Mərkəzinin icraçı direktoru Fərhad Abdullayev, ASAN Radionun rəhbəri Emin Musavi və “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Elizaveta Vayt çıxış edərək forumun əhəmiyyətindən danışıblar.

Vurğulanıb ki, Böyük Britaniyanın və Azərbaycanın peşəkar musiqi nəzəriyyəçilərinin və mütəxəssislərinin bir arada toplandığı bu forum iki gün davam edəcək.

Forumun proqramına radio verilişlərinin hazırlanma prosesini müzakirə etmək məqsədilə radio DJ-ləri üçün təşkil olunan seminarlar, habelə, hər iki ölkənin musiqi sənayesini müzakirə etmək üçün keçirilən ictimai tədbirlər daxildir.

Diqqətə çatdırılıb ki, “British Council” təşkilatı tərəfindən hazırlanan “Selector” radio-şousu hər həftə Londondan yayımlanır və 40-dan çox ölkədə 3 milyonadək dinləyicin əhatə edir. Radio-şounun hər bir buraxılışında London şəhərində müğənnilərdən alınmış müsahibələrə, onların rəylərinə, canlı ifalara və studiya yazılarına yer verilir və Azərbaycanın yerli radiolarında da yayımlanır.

Bildirilib ki, “Selector PRO” həm peşəkarları, həm də geniş ictimaiyyəti müasir cəmiyyətin musiqi tendensiyaları, o cümlədən, Böyük Britaniyanın musiqi sənayesinin spesifik xüsusiyyətləri barədə maksimal dərəcədə məlumatlandırmaq məqsədi daşıyır. Həmçinin, “Selector PRO” tədbirlərinin sırasına açıq konfrans, DJ tədbiri və Britaniyanın və Azərbaycanın aparıcı musiqiçilərinin və jurnalistlərinin iştirakı ilə təşkil olunan seminarlar daxildir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!