USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ATƏT PA Baş katibi Azay Quliyevə təşəkkür etdi

ATƏT Parlament Assambleyasının Vyanada keçirilən 16-cı qış sessiyası bu gün işinə başlayıb. ATƏT PA-nın rəsmi saytı ilə ilk olaraq Daimi Komitənin iclası canlı yayımlanıb.

ASAN radio bildirir ki, Daimi Komitənin iclasında ATƏT PA baş katibi Roberto Montella Özbəkistanın bu qurumun işinə cəlb olunmasında Azərbaycanın və ATƏT PA-nın vitse-prezidenti Azay Qulieyvin rolunu xüsusi qeyd edib və təşəkkürünü çatdırıb. ATƏT PA-nın vitse prezidenti Azay Quliyev öz növbəsində Özbəkistanın sessiyanın işinə qatılmasını alqışladığını deyib və bu ölkənin ATƏT-in mühüm üzvü olduğunu bildirib. Vitse-prezident çıxışında ATƏT PA-nın Baş Katibinin fəaliyətini müsbət qiymətləndirib. Seçki Müşahidə missiyası haqda danışan Azay Quliyev beynəlxalq katibliyə seçki üzrə ixtisaslaşmış hüquqşünasın cəlb olunmasını təklif edib. Onun sözlərinə görə, belə bir mütəxəssisin olması ATƏT PA-nın seçki müşahidə missiyasının işinə müsbət təsir göstərəcək. Qeyd edək ki, ATƏT PA-nın qış sessiya işini plenar iclasda təşkil olunan “Böhran dövründə insan hüquqlarının qorunması” mövzusunda xüsusi debatla davam etdirəcək. Sabah ATƏT PA rəhbərlərinin məruzələri dinləniləcək, Daimi Komitənin iclasında isə ATƏT PA-nın Əsasnaməsinə əlavə və dəyişikliklər məsələsi müzakirə olunacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!