USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Cəbhəboyu zonada yeni təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışı olub

Cəbhəboyu zonada olan Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhə xəttində yeni inşa edilmiş təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışında iştirak edib.

Nazirlikdən ASAN Radioya verilən məlumata görə, təlim mərkəzi haqqında məruzə edilərək bildirilib ki, burada idarəetmə məntəqəsi, qərargah binası və şəxsi heyətin yerləşdirilməsi üçün lazımi infrastruktur yaradılıb. Real döyüş şəraitinə yaxın inşa edilən, cəbhə xəttindəki vəziyyətə uyğun modelləşdirilmiş təlim nöqtələri atış çalışmaları, müxtəlif döyüş və xüsusi texnikanın mürəkkəb relyef və hava şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə məşgələlərin keçirilməsi üçün nəzərdə tutulub.

Bununla yanaşı mürəkkəb dağ şəraitində döyüş aparmaq, kəşfiyyat-axtarış tədbirləri həyata keçirmək, pusqular quraraq hərbi əməliyyatlar zamanı düşmənə qarşı effektiv tədbirlər görmək kimi döyüş tapşırıqlarını tədris və praktiki məşq etmək üçün təlim mərkəzində lazımi şərait yaradılıb.

Müdafiə naziri mərkəzdə təlim keçəcək şəxsi heyətin peşəkarlıq qabiliyyətinin artırılması məqsədilə mövcud olan müasir təlim üsullarının öyrənilməsi, onların döyüş hazırlığında tətbiq edilməsi və şəraitə uyğunlaşdırılması ilə bağlı müvafiq göstəriş və tapşırıqlar verib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!