USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanla ABŞ mədəniyyət və turizm sahəsində anlaşdı

Fevralın 23-də Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta ilə görüşüb.

ASAN Radio xəbər verir ki, görüş çərçivəsində Gəncə, Xaçmaz, Salyan və Kürdəmir rayonlarında fəaliyyət göstərən kitabxanalarda Amerika guşələrinin Azərbaycanda yenidən açılmasına dair ikitərəfli anlaşma memorandumu imzalanıb.

Qonağı səmimi salamlayan Əbülfəs Qarayev bildirib ki, imzalanan memorandum uğurla həyata keçiriləcək. Kitabxanalar şəbəkəsində bu layihə artıq bir neçə ildir icra olunur və yenidən imzalanma nəticəsində bu iş daha da geniş vüsət alacaq. Layihə nazirliyin 2017-ci il iş planında mühüm yer tutacaq.

Nazir, həmçinin Azərbaycanın yaxın zamanlarda hazırlaşdığı böyük bir layihədə də ABŞ-ın yaxından iştirak edəcəyinə ümidvar olduğunu vurğulayıb. Bu layihə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin tərəfdaşlığı ilə cari il mayın 4-dən 6-dək Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. Göründüyü kimi, bu Forum dünyanın aparıcı təşkilatları tərəfindən dəstəklənir və inanıram ki, ABŞ da bu maraqları nəzərə alaraq layihə ilə ciddi şəkildə maraqlanacaq. Artıq Forumda iştirakla bağlı məktub ABŞ Dövlət Katibliyinə göndərilib. Nazir səfiri yeni administrasiya dövründə ilk imzalanmış müqavilə münasibətilə təbrik edərək Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdırıb.

Səfir Robert Sekuta öz növbəsində bildirib ki, anlaşma memorandumu hər iki ölkə arasında faydalı olacaq, həm Azərbaycan, həm də Amerika vətəndaşlarının faydalı məlumatlardan istifadəsinə xidmət edəcək: “Nəzərə alsaq ki, sizin nazirliyə təkcə mədəniyyət sahəsi deyil, həmçinin turizm də daxildir, o zaman Amerika turizm şirkətlərinin də Azərbaycanla əlaqələrinə təkan vermiş olacağıq. Amerika guşələri kitabxanalarda yerləşəcək və yerli əhaliyə internet və maarifləndirici materiallardan pulsuz istifadə imkanı yaradacaq. Bu layihə həm də Azərbaycanlı gənclərin ingilis dilini inkişaf etdirməsi, Amerika mədəniyyəti və cəmiyyəti haqqında məlumat alması üçün mükəmməl bir vasitədir. ABŞ iki ölkə arasında qarşılıqlı anlayış qurmaq istiqamətində daim çalışır. Biz çox şadıq ki, paytaxt Bakıdan kənarda yaşayan gənclər də bizim layihədən tam şəkildə faydalana biləcəklər”.

Görüş hər iki ölkə arasında mədəniyyət və turizm sahəsində qarşılıqlı əlaqələr mövzusunda fikir mübadiləsi ilə davam edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!