USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xarici ticarət əməliyyatları asanlaşır- FƏRMAN

Azərbaycan prezidenti İlham Əliyev Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

ASAN Radio bildirir ki, bu məqsədlə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi www.azexport.az internet portalında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verən “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” (“Digital Trade Hub of Azerbaijan”) bölməsinin yaradılmasını dörd ay müddətində, habelə Azərbaycanda istehsal olunan malları elektron ticarət qaydasında təqdim edən ixracatçıların ixrac əməliyyatlarını həyata keçirmək üçün tələb olunan icazələri vahid elektron ərizə əsasında elektron qaydada əldə etmələrinə, ixrac gömrük bəyannaməsinin, habelə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi üçün müraciətlərin göndərilməsinə imkan verən elektron xidmətlərin Portalda yaradılmasını üç ay müddətində təmin etməlidir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Vergilər Nazirliyi ilə birlikdə elektron imzanın, o cümlədən “ASAN imza”nın, habelə xarici ölkələrdə verilmiş və “Elektron imza və elektron sənəd haqqında” qanuna əsasən Azərbaycanda tanınmış elektron imza sertifikatlarının Portala inteqrasiyasını təmin etməlidir, Portal vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə tədbirlər görməlidir.

Dövlət Gömrük Komitəsi isə 4 ay müddətində Portalın fəaliyyətini təmin edəcək hüdudlarda öz informasiya resurslarının Portala inteqrasiyasını, habelə Portal vasitəsilə bağlanılmış müqavilələrə uyğun olaraq, ixrac gömrük bəyannamələrinin real vaxt rejimində doldurulmasını, təqdim edilməsini, habelə gömrük nəzarətinin nəticəsinin real vaxt rejimində qeyd edilməsini təmin edəcək texniki imkanların yaradılmasını təmin etməlidir.

Müvafiq tədbirlərin maliyyələşdirilməsi məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə 450 min manat ayrılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!