USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
XİN: Avropa Parlamentinin deputatı olmaq digər dövlətlərin qanunlarını və beynəlxalq hüququ pozmağa əsas vermir

"Avropa Parlamentinin deputatı olmaq heç kimə digər dövlətlərin qanunlarını, beynəlxalq hüququn norma və prinsiplərini pozmağa əsas və ya immunitet vermir. Frank Engel, Yelen Teoxarus və Yaromir Ştetin kimiləri davamlı olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bötüvlüyünün pozulmasına çağırışlar edir və bu istiqamətdə əməli fəaliyyət həyata keçirir, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində yaradılmış qanunsuz rejimin və aqressiv separatizmin propaqandası ilə məşğul olur, dezinformasiya, etnik və dini zəmində nifaq və ayri-seçkilik yayırlar".

ASAN Radio xəbər verir ki, bunu barəsində Baş Prokurorluq tərəfindən cinayət işi açılmış Frank Engelin Ermənistan mediasına və Yaromir Ştetinin Çexiya televiziyasına açıqlamasını şərh edən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, bütün beynəlxalq ictimaiyyət, o cümlədən Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi halda, bu şəxslər Ermənistan və qondarma rejimlə əlbir olaraq, münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini pozmağa və qəsdən regionda onsuz da kövrək olan vəziyyəti gərginləşdirməyə çalışır və Ermənistanın xeyrinə lobbist fəaliyyət həyata keçirirlər.

"Avropa Parlamenti üzvlüyündən sui-istifadə edərək onların bu kimi qanunsuz əməlləri ilk növbədə Avropa İttifaqının və Parlamentinin əsasını təşkil edən universal dəyərlərə ziddir.  

Bir milyondan artıq Azərbaycanlının qanlı etnik təmizlənməsinə, Xocalı soyqırımına göz yumaraq müəyyən maraqların və siyasi sifarişlərin müqabilində onların bu kimi təxribatçı və rasizm təmayüllü fəaliyyəti eləcə də Avropa seçicilərinə, Avropa Parlamentinə hörmətsizlik və vicdansızlıqdır. Təəssüflə qeyd etməliyik ki, bu kimi şəxslər öz qanunsuz əməlləri ilə geniş ictimai rəydə Avropa Parlamentinin nüfuzuna xələl gətirirlər.      

Azərbaycanın Avropa İttifaqı və üzv dövlətlərlə dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafından daim narahat olan bu şəxslər Avropa İttifaqının özünün maraqları əleyhinə fəaliyyət göstərdiklərini əməlləri ilə sübut edirlər.

Barələrində cinayət işi açıldıqdan sonra indi bu şəxslərin öz qanunsuz əməllərinə “demokratiya” donu geyindirməyə və Avropa Parlamentinin çətiri altında gizlənməyə çalışmaları heç bir mənəvi-etik və hüquqi çərçivələrə sığmır.

Cinayət işi çərçivəsində ölkəmizin qanunları və qoşulduğumuz beynəlxalq sənədlər üzrə daşıdığımız öhdəliklərindən çıxış edərək bu şəxslərə münasibətdə zəruri hüquqi təqib addımları atılacaq", - deyə XİN sözçüsü vurğulayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!