USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Lerikin faciə baş verən kəndində yenidən çovğun olub - yol bağlanıb

Fevralın 23-də Lerik rayonunda qar uçqununun faciə ilə nəticələndiyi Orand kəndində yenidən çovğun olub.

Bu barədə açıqlamasında Lerik rayon icra başçısının müavini Habil Məlikov bildirib.

Onun sözlərinə görə, kəndə gedən yol yenidən bağlanıb, yolda hərəkət çətinləşib:

"Orand ucqar kənddir. Hazırda həmin kənddə 1 metr 50 sm-dən artıq qar yağıb. Dünən hadisə olan kimi yollar təmizləndi, yol açıldı. Amma axşam kənddə yenidən çovğun baş verib, yolda hərəkət çətinləşib. Hazırda həmin yol təmizlənir. Dünən hadisə nəticəsində həlak olan 4 nəfərin dəfn mərasiminə hazırlıq işləri görülür. Rayonun icra başçısı və digər rəhbər şəxslər hadisə nəticəsində uçqun altından sağ çıxarılan 8 aylıq körpəyə baş çəkib, səhhəti ilə maraqlanıblar. Uşaq hazırda xəstəxanadadır, vəziyyəti normaldır. Evdə həlak olanların dəfn xərcləri rayon rəhbərliyi tərəfindən ödəniləcək".

H.Məlikov bildirib ki, fevralın 23-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da hadisə yerinə gəlib, evə baxış keçirib, ailəyə sığınacaq çadırı təhvil verilib:

"Lakin ərazidə sığınacaq çadırının quraşdırılması və orada yaşayış mümkün olmadığından ailə üzvləri qohumlarının evinə yerləşdirilib. Hazırda rayon İcra Hakimiyyəti ailəni nəzarətdə saxlayır. Həlak olanların dəfn mərasimi ev sahibi Əhliman Mustafayevin oğlunun evində keçiriləcək".

Qeyd edək ki, fevralın 23-də Lerik rayonunun Orand kəndində Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə qar uçqununun düşməsi nəticəsində ev sahibinin həyat yoldaşı, 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva, gəlini, 1994-cü il təvəllüdlü İlahə Mustafayeva, nəvələri - 2015-ci il təvəllüdlü Zəhra Qasım qızı Mustafayeva və 2016-cı il təvəllüdlü Uğur Qasım oğlu Mustafayev ölüb. Beşikdə olan 8 aylıq körpə, Elcan Zöhrab oğlu Mustafayev uçqunun altından sağ çıxarılıb və Lerik rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!