USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
YARAT Müasir İncəsənət Mərkəzində "Selector PRO" musiqi forumu keçirilib

British Council ASAN Radio və YARAT Müasir İncəsənət Mərkəzi ilə əməkdaşlıq çərçivəsində "Selector PRO" forumu işini davam etdirib.

ASAN Radionun məlumatına görə, forumda Birləşmiş Krallığın və Azərbaycanın görkəmli musiqi nəzəriyyəçiləri və mütəxəssisləri bir araya gəlib. Forum 2017-ci ilin 23-24 fevral tarixlərində YARAT Müasir İncəsənət Mərkəzində keçirilib. Proqrama radio verilişlərinin hazırlanma prosesini müzakirə etmək məqsədilə radio DJ-ləri üçün təşkil olunan seminarlar, habelə, Azərbaycanın və Birləşmiş Krallığın musiqi sənayesini müzakirə etmək üçün keçirilən ictimai tədbirlər daxil olub.

British Council tərəfindən hazırlanan "Selector" radio-şousu hər həftə Londondan yayımlanır və 40-dan çox ölkədə 3 milyondan çox radio dinləyicisini əhatə edir. Radio-şounun hər bir buraxılışında London şəhərində müğənnilərdən alınmış müsahibələrə, onların rəylərinə, canlı ifalara və studiya yazılarına yer verilir və Azərbaycanda DJ Bazaur tərəfindən həftədə iki dəfə (şənbə günü saat 21:00-da və bazar günü saat 16:00) 100 FM dalğasında və onlayn (asanradio.az) yayımlanır.

"Selector PRO" həm peşəkarları, həm də geniş ictimaiyyəti müasir cəmiyyətin musiqi tendensiyaları, o cümlədən, Böyük Britaniyanın musiqi sənayesinin spesifik xüsusiyyətləri barədə maksimal dərəcədə məlumatlandırmaq məqsədi daşıyır. Tədbir British Councilın təşəbbüsü ilə hazırlanıb, Birləşmiş Krallığın ən yaxşı musiqi nümunələrini Azərbaycan auditoriyasına təqdim etmək məqsədi daşıyan radio-şounu və silsilə "Selector Live" əyləncə gecələrini özündə ehtiva edən "Selector" musiqi proqramının nəticəsi hesab edilir.

"Selector PRO" tədbirlərinin sırasına açıq konfrans, DJ tədbiri və Britaniyanın və Azərbaycanın aparıcı musiqiçilərinin və jurnalistlərinin iştirakı ilə təşkil olunan seminarlar daxildir. British Council Britaniya musiqi sənayesinin ən təcrübəli peşəkarlarını dəvət edib: Ebbi Makkarti və Sesil Kommunal. British Council Azərbaycan ofisinin direktoru xanım Elizabet Vayt bildirib: “Musiqi universaldır. Həm Azərbaycanda, həm də Birləşmiş Krallıqda gənc musiqiçilərin və istehsalçıların böyük istedadı və əhatə dairəsi var. Musiqi həmçinin kreativ iqtisadiyyatın əhəmiyyətli tərkib hissəsidir. Bu seminarlarda bu günkü musiqi sənayesi haqqında məlumatlanacağıq. Görüşlərə qatılın və cümə günü əyləncə gecəsini qaçırmayın”.

Seminarlar və açıq müzakirələr fevralın 23 və 24-ü keçirilib. Canlı DJ performansı ilə müşayiət olunan "Selector Live" əyləncə gecəsi "Selector PRO"nun sonuncu tədbiri olaraq "Eleven" klubunda baş tutub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!