USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Tədris Cərrahiyyə Klinikasında “Kök hüceyrələrinin müasir kliniki tətbiq sahəsi” adlı konfrans keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) “Kök hüceyrələrinin müasir kliniki tətbiq sahəsi” adlı konfrans keçirilib.

ASAN Radio xəbər verir ki, konfransı ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov açaraq bildirib ki, çatmayan və ya pozulmuş hüceyrələrin əvəz edilməsinə əsaslanan müasir hüceyrə terapiyası adlanan sahə son illər sürətlə inkişaf edir. Onun sözlərinə görə, bu gün bir çox irəliləyişlər əldə edilib və hüceyrə terapiyası sahəsi meydana gəlib: “Artıq bəzi sahələrdə hüceyrə terapiyasını standart olaraq tətbiq edirlər. Bunlara sümük ilik transplantasiyalarını və s. aid etmək olar. Hazırda klinik və eksperimental tədqiqatlar aparılmaq üçün dünyanın bir çox yerlərində müasir laboratoriyalar yaradılıb. Ölkəmizin bu sahədə təcrübəsi hələ böyük olmasa da, artıq bir neçə xəstəxanada, o cümlədən ATU-nun Tədris Cərrahiyyə Klinikasında kök hüceyrənin tədqiqinə başlanılıb”.

Konfransda Yıldız Teknik Universitetinin biomühəndislik kafedrasının professoru, dr. Adil Allahverdiyevin “Kök hüceyrə mühəndisliyi”, Bağcılar Eğitim ve Araşdırma Hastenesi prof.dr. Mehmet Bozkurtun “Rekonstruktiv və plastik cərrahiyyə kök hüceyrələrinin tətbiqi”, Kolan Hastanesi doç.dr. Hilmi Karadenizin “Ortopediya və travmatologiya sahəsində mezenximal kök hüceyrə və PRP tətbiqi”, Medilife Sağlıq Qrupu prof.dr. Güven Erdoğun “Kök hüceyrələrinin kardiovaskulyar tətbiqi”, ATU-nun Tədris Cərrahiyyə Klinikasının transplantologiya şöbəsinin müdiri Ruslan Məmmədov və şöbənin rezidenti Mehriban Hüseynovanın “Qaraciyər sirrozları zamanı kök hüceyrə transplantasiyası”, ATU-nun histologiya, embriologiya və sitologiya kafedrasının PHD Orxan İsayevin “Xərçəng kök hüceyrələri”, ATU-nun Tədris Cərrahiyyə Klinikasının ortepediya və travmatologiya şöbəsinin MD PHD. Ass. Cəfər Nəsirlinin “Trombositlərlə zəngin qan plazması PRP itifadə sahələri”, Dr.Vaqif Qələndərin “Plastik və rekonstruktiv cərrahiyyədə kök hüceyrələrinin tədbiqi”, Dr.Kamran Musayevin “Kardiologiyada kök hüceyrələrin tətbiqi” mövzularında mühazirələri dinlənilib.

Daha sonra sözügedən mövzuda müzakirələr və qarşılıqlı fikir mübadilələri aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!