Paytaxtın Xətai rayonundakı “Ana fəryadı” abidəsinin yerləşdiyi parkda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar görülən hazırlıq işləri başa çatmaq üzrədir. Hazırlanan tədbirlər planına əsasən, abidənin yerləşdiyi parkda müxtəlif naxış formalarını özündə əks etdirən gül və bəzək kolları əkilib.
ASAN Radio xəbər verir ki, hər il fevralın 26-da minlərlə soydaşımızın ziyarət yerinə çevrilən park və ətrafı milli memarlıq nümunələrini özündə əks etdirən üzlük daşlı məhəccərlərlə əhatə olunub. Bunlarla yanaşı, parkın ətrafındakı yaşayış binaları və inzibati obyektlərin fasadlarında Xocalı faciəsini əks etdirən fotobannerlər quraşdırılıb. Anım günü ziyarətçilərin gediş-gəlişini təmin etmək məqsədilə parkın ətrafında da abadlıq işləri həyata keçirilir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!