USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“The News”: Ermənistanın Xocalı qətliamına görə cavab verməsi üçün dünya ictimaiyyəti qətiyyətli mövqe tutmalıdır

Meksikanın paytaxtı Mexiko şəhərinin ən nüfuzlu ingilis dilli mətbu orqanı olan “The News” qəzetində baş redaktor Tereza Marqolisin Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş məqaləsi dərc olunub.

Müəllif “Qətliamı xatırlayaraq” sərlövhəli məqaləsində Xocalı qətliamını yaxın tarixin ən fəlakətli və faciəvi hadisəsi adlandırır. Təəssüflə qeyd edir ki, Xocalı adlanan bütöv bir şəhərin və onun günahsız sakinlərinin bir gecənin içində yer üzündən silinərək məhv edilməsinin Azərbaycan xalqı üçün daim yadda qalan dəhşətli xatirə olduğu bir zamanda müasir tarixi əsər və nəşrlərdə bu faciəyə lazımlı diqqət ayrılmır.

Məqalədə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərini tamamilə məhv etdikləri, yüzlərlə günahsız insanı, o cümlədən uşaq, yaşlı və qadınların qəddarcasına qətlə yetirildiyi, minlərlə həmvətənlərimizin girov götürüldüyü qeyd olunur. 56 nəfərin xüsusi qəddarlıqla öldürüldüyündən və burada törədilmiş digər misli görünməmiş vəhşiliklərdən bəhs edilir.

Vurğulanır ki, Ermənistan tərəfindən törədilmiş bu cinayətlər bütün bəşəriyyətə qarşı yönəlib. Belə ki, Erməni silahlı qüvvələrinin yeganə məqsədi bu şəhərin və onun əhalisinin yer üzündən silinməsi olub.

Müəllif Azərbaycan Respublikasının Meksikadakı səfirliyinin Xocalı qətliamının qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirdiyini qeyd edərək, həmin tədbirə Meksika mətbuatı və yerli insan hüquqları qrupları tərəfindən lazımı qədər diqqət ayrılmadığından narazılığını bildirir.

Məqalədə Ermənistanın Xocalı qətliamına görə cavab verməsinə nail olmaq üçün dünya ictimaiyyətinin qətiyyətli mövqe tutmalı olduğu vurğulanır.

Sonda beynəlxalq ictimaiyyətin Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və oradan qovulmuş bir milyondan çox azərbaycanlının doğma yurdlarına qaytarılması barədə tələblərinə və beynəlxalq hüquq normalarına Ermənistanın məhəl qoymadığı bildirilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!