USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Sülh Platforması cəbhədəki döyüşlərlə bağlı bəyanat yaydı

Ermənistan-Azərbaycan Sülh Platformasının qoşunların təmas xəttində gedən döyüşlərlə bağlı bəyanatla çıxış edib.

ASAN Radio xəbər verir ki, bəyanatda deyilir:

Biz, Ermənistan-Azərbaycan Sülh Platforması olaraq 24-25 fevral 2017-ci il tarixlərində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində artan gərginliklə bağlı narahatlığımızı bildirir, insan itkilərin olması ilə bağlı yayılan məlumatlara görə dərin təəssüf hissi keçiririk. 

Qeyd etmək istəyirik ki, 25 ildən artıq uzanan münaqişədə sadə xalqın əziyyət çəkməsi, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıda bilməməsi, həmçinin, döyüşlərdə hər iki tərəfdən itkilərin olması və onların ailələrinin bu itkilərlə yaşamaq ağrısı bizi dərindən üzür. Baş verənlər münaqişənin dərhal həll olunmasının vacibliyini bir daha sübut edir.

Ermənistan-Azərbaycan Sülh Platforması olaraq, biz, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız sülh yolu ilə və hər iki xalqın dialoqu ilə mümkün olduğuna inanırıq. Bu səbəbdən də tərəfləri döyüş əməliyyatlarını dərhal dayandırmağa, itkilərə son qoymağa və beynəlxalq hüquq normaları çərçivəsində münaqişəni tezliklə həll etməyə səsəyirik. Eyni zamanda, münaqişənin həlli istiqamətində vasitəçilik edən ATƏT-in Minsk Qrupu həmsədrlərinin danışıqlar prosesinin davam etdirilməsinə və münaqişənin tez bir zamanda həll edilməsi istiqamətində qətiyyətli addımlar atmağa çağırırıq”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!