USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Belçikada Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

26 fevral 2017-ci il tarixində Belçikada Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Vaterlo şəhərində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natavanın abidəsinin önündə təşkil edilən tədbirdə Azərbaycan Respublikasının Belçikadakı Səfirliyi və NATO yanında nümayəndəliyinin əməkdaşları, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelux ofisinin və Belçikada yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbir zamanı çıxış edən Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Səfir Xəzər İbrahim Xocalı soyqırımının Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində törədilmiş ən böyük qətliam olduğunu diqqətə çatdırıb, 26 fevral gününün Azərbaycan tarixinə ən unudulmaz və ən ağrılı hadisələrindən biri kimi həkk olunduğunu vurğulayıb və 25 il öncə şəhid olmuş həmvətənlərimizin xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını bildirib.

Sonda mərasim iştirakçıları Xocalı faciəsi qurbanlarına Allahdan rəhmət diləmiş, abidənin önünə əklil və gül dəstələri qoyublar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!