USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İzmirdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb

Türkiyənin İzmir şəhərinin Karabağlar rayonu ərazisində yerləşən “Azərbaycan–Qarabağ–Xocalı” Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsində ucaldılmış abidənin açılışı olub.

ASAN Radio xəbər verir ki, açılış mərasimində rəsmi şəxslər, Azərbaycan və Türkiyədən millət vəkilləri, tanınmış ziyalılar, İzmir ictimaiyyətinin görkəmli nümayəndələri, bu bölgədə yaşayan və işləyən Azərbaycan vətəndaşları, Karabağlar rayonunun sakinləri, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.

Açılışdan əvvəl “Azərbaycan–Qarabağ–Xocalı” Parkında keçirilən toplantıda Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Milli Məclisinin deputatları Aydın Hüseynov və Qənirə Paşayeva, Türkiyə Böyük Millət Məclisinin deputatı Sadettin Bayır, Karabağlar rayon bələdiyyəsinin sədri Muhittin Selvitopu və başqaları çıxış ediblər. Çıxışlarda Xocalı soyqırımının səbəbləri, bu cinayəti törədən erməni vandalların iyrənc məqsədləri, bu faciənin dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması istiqamətində görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrdən bəhs olunub. Natiqlər işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində görülən işlərə töhfə verməyin yollarından danışıblar. Əminliklə ifadə olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə günbəgün qüdrətlənən Azərbaycan Ordusu düşməni yerinə oturtmaq üçün bütün imkanlara malikdir.

İştirakçılar açılışı keçirilən abidə önünə qərənfillər düzüb, soyqırımı qurbanlarının ruhuna dualar oxuyublar.

Mərasimdən əvvəl Azərbaycan nümayəndə heyəti ilə Karabağlar rayon bələdiyyəsinin sədri Muhittin Selvitopu arasında görüş olub. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı və perspektivləri yüksək qiymətləndirilib. Vurğulanıb ki, bölgədə sülhə və əmin-amanlığa zəmin yaradan Azərbaycan-Türkiyə qardaşlığı bundan sonra da əzmlə qorunacaqdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!