USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Vaşinqtonda erməni təxribatının qarşısı alındı

Fevralın 26-sı Vaşinqtonda Azərbaycan Respublikasının Səfirliyi qarşısında bir qrup erməni təxribatçı aksiya keçirməyə çalışıb və həmvətənlərimiz bu təxribata layiqli cavab verib.

Ermənistan hakimiyyətinə bağlı erməni lobbist təşkilatlarının təşəbbüsü və dəstəyi ilə təşkil edilən və az sayda iştirakçının qatıldığı aksiyada əsas diqqət “Sumqayıt hadisələri” ilə bağlı guya Azərbaycan tərəfinə etirazın bildirilməsi və ölkəmizə qarşı təxribatçı şüarların səsləndirilməsi olub.

Sözügedən aksiyadan xəbər tutan Azərbaycan diasporunun üzvləri həmin təxribata qarşı aksiya keçirərək Qarabağın əzəli Azərbaycan torpağı olduğu, Ermənistanın işğalçı dövlət kimi Azərbaycan torpaqlarını dərhal boşaltması, Ermənistan hakimiyyətinin Xocalıda törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmasına yönəlmiş çağırışlar edərək erməni aksiyasını uğursuz vəziyyətə salıb. Soydaşlarımızın səsləndirdiyi Əsgər Marşı və Dövlət Himni sədaları altında erməni təxribatçı qrupu dağılışmaq məcburiyyətində qalıb.

Erməni lobbistlərinin bu təxribatçı aksiyasının əsas məqsədi Azərbaycan tərəfindən Xocalı qətliamı barədə həqiqətlərin ABŞ-da tanıdılması üçün bir çox şəhərlərdə həyata keçirdiyi çoxsaylı tədbirlərdən diqqəti yayındırmaqdır. Aksiyanın Xocalı soyqırımının ildönümü günü təşkil edilməsi də bunu bir daha göstərir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!