USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xocalı qurbanları Parisdə yad edilib

ASAN Radio xəbər verir ki, “Azərbaycan Evi” təşkilatı Fransasnın paytaxtı Parisdə fəaliyyət göstrərən Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar uşaqların iştirakı ilə “Sülh üçün rəsm çəkək” adlı tədbir təşkil edib.

Tədbiri “Azərbaycan Evi”nin sədri Mirvari Fətəliyeva açaraq məhz bu günlərə təsadüf edən təşkilatın yarana tarixindən bəhs edib. Bildirib ki, “Azərbaycan Evi”ni 25 il əvvəl 1992-ci il fevralın 24-də Ramiz Abutalıbov və Timurçin Hacıbəyli təsis edib. O, həyata keçirdikləri tədbirlərdən söz açaraq Fransada doğulub böyüyən gənc nəsilə xüsusi diqqət göstərdiklərini və bu gənclərə tarixi həqiqətlərin çatdırılmasının vacibliyini vurgulayıb. Mirvari Fətəliyeva Xocalı qətliamınin tarixi barədə danişaraq, bu faciənin hər bir azərbaycanlının yaddaşında silinməz izlər buraxdığını bidirib. O, uşaqlar arasında keçirilən rəsm müsabiqəsinin Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunduğunu deyib.

Daha sonra söz Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək bildirib ki, tariximizin qanlı səhifəsi olan Xocalı soyqırımını, tariximizi, şəhidlərimizin qəhrəmanlığını vətəndən uzaqda yaşayan uşaqlar heç vaxt unutmamalıdırlar. Səfir bu baxımdan belə tədbirlərin təşkilinin böyük əhəmiyyəti olduğunu qeyd edib.

Tədbirdə istirak edən əməkdar rəssam Əsmər Nərimanbəyova və rəssam Nigar Nərimanbəyova uşaqlara Xocalı və sülh mövzusu ilə bağlı rəsmlər çəkilməsində öz məsləhətlərini verib. Uşaqların çəkdiyi rəsmlər Azərbaycan Mədəniyyət Mərkəzində sərgilənib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!