USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xocalı faciəsindən sağ qurtulmuş soydaşımız ABŞ Konqresində çıxış edib

Xocalı faciəsinin qurbanlarının xatirəsinin anılması məqsədilə Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (Azerbaijani Center of Midwest America) təşkilatçılığı ilə ABŞ Konqresində xüsusi tədbir keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirilib ki,  qətliamın 25-ci ildönümündə baş tutmuş və “Xocalıya Ədalət” kampaniyasına dəstək verən tədbirdə ABŞ Konqresinin əməkdaşları, diplomatik korpusun üzvləri, ABŞ-dakı Azərbaycan və türk icmaları, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbiri Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin prezidenti Mehriban Məmmədova açaraq, Xocalı faciəsi barədə məlumat verib və bu qətliamın Azərbaycan xalqının yaddaşında həkk olunduğunu qeyd edib.

Bundan sonra Xocalı faciəsindən sağ qurtulmuş soydaşımız, ABŞ-da təhsil alan tələbə Nərmin İbrahimova 25 il öncəki qanlı hadisələrlə bağlı acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. N. İbrahimova erməni əsgərlərin vəhşilikləri ilə üzləşən Xocalı sakinlərinin sağ qalmaq uğrunda soyuq qış gecələrində meşədə ac-susuz keçirdiyi əzablı günlərdən danışıb. Soydaşımız həmin qırğın zamanı yüzlərlə günahsız insanın həyatına faciəvi şəkildə son qoyulduğunu və azyaşlı olmasına baxmayaraq bu dəhşətli hadisənin onun, eləcə də yaxınlarının yaddaşında dərin və unudulmaz izlər buraxdığını ifadə edib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov isə bildirib ki, bu faciənin yad edilməsi əslində regionda sülhün tezliklə bərpa edilməsinin nə qədər vacib olduğunu bir daha xatırladır. Səfir Azərbaycan xalqının bu faciə ilə bağlı haqlı olaraq ədalət tələb etdiyini və üzləşdiyimiz bütün acılara və haqsızlıqlara baxmayaraq Azərbaycanın gələcəyə ümidlə baxdığını söyləyib.

ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun üzvü, Texas ştatından seçilmiş demokrat konqresmen Henri Kuellar ABŞ-Azərbaycan münasibətlərinin strateji əhəmiyyətini vurğulayaraq, ölkələrimiz arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsinə dəstək verməyə hazır olduğunu qeyd edib. Özünü ölkəmizin dostu adlandıran konqresmen Kuellar bu acı gündə xalqımızın kədərini bölüşdüyünü və hər zaman Azərbaycanın yanında olduğunu dilə gətirib.

Artıq ikinci ildir ki, Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi Xocalı qətliamı ilə bağlı ABŞ Konqresində anım mərasimi təşkil edir. Xatırladaq ki, “Xocalıya Ədalət” kampaniyası çərçivəsində 2017-ci ildə Vaşinqton şəhəri ilə yanaşı, ABŞ-ın Nyu York, Çikaqo, Sent Luis, Boston və Hyuston şəhərlərində də anım tədbirləri keçirilib. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!