USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Paytaxtda marşrut xətti ləğv olundu

Son zamanlar 63 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarla bağlı xeyli sayda qayda pozuntuları aşkarlanıb. Cari ilin fevral ayının 28-də 63 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu 2 piyadanı vurub və nəticədə 1 piyada vəfat edib.

Qeyd edilən marşrutda fəaliyyət göstərən avtobusların istismara yararsız və qəzalı vəziyyətdə olması, dəfələrlə qayda pozuntularına yol verməsi, o cümlədən mövcud marşrut xəttini dəyişməsi halları sərnişindaşıma xidmətinə mənfi təsir göstərdiyi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən 63 saylı marşrut xəttinin fəaliyyəti 01 aprel 2016-cı il tarixindən etibarən dayandırılacaq.

Bakı Nəqliyyat Agentliyinin marşrut xətlərində apardığı təkmilləşdirmə işlərinin davamı olaraq 3 saylı marşrut xəttində də dəyişikliklər edilib.  Belə ki, "BakuBus" MMC-yə məxsus 3 saylı marşrut xətti 1 aprel tarixindən etibarən “Şəhidlər Xiyabanı” – Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektindən keçməklə hərəkətini davam etdirəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!