USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Tibb Universitetinin yeni gerbi və loqosu təsdiqlənib    

Azərbaycan Tibb Universitetinin (ATU) yeni gerb və loqosu təsdiqlənib.

Universitetin mətbuat xidmətindən ASAN Radioya bildiriblər ki, yeni gerb dairəvi formadadır, mərkəzində maarif və inkişaf rəmzi kimi açılmış kitab təsvir edilib. Kitabın üstündə dünyada səhiyyə və tibbin əsas rəmzi sayılan Hippokrat camı yerləşdirilib, 1930-universitetin yaranma tarixi əks olunub. Bu atributlar zeytun yarpağı ilə əhatələnib. Gerbin kənarları boyunca “Azərbaycan Tibb Universiteti” sözləri yazılıb, sözlərin hər iki tərəfində isə səkkizgüşəli ulduz əks olunub. Gerbin alt hissəsində isə üçrəngli bayrağımızın rənglərinə uyğun olaraq göy, qırmızı və yaşıl rənglərdə üç zolaq çəkilib.

ATU-nun yeni loqosunda isə açılmış kitabın ortasında rəmzi cam təsvir edilib. Camın ətrafına cərrahi iynə formasında ilan sarılıb. Loqoda ATU abbreviaturası, onun altında ərəb rəqəmləri ilə universitetin yaranma tarixi qeyd olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!