USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Heykəltəraşlar arasında açıq müsabiqə elan olunub

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın görkəmli elm, mədəniyyət və incəsənət xadimləri Nəsrəddin Tusi, Bəxtiyar Vahabzadə və Mstislav Rostropoviçin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərinin park və bağlarında adları qeyd olunan şəxsiyyətlərin büstlərinin və ya heykəllərinin eskiz-layihələrinin hazırlanması üçün heykəltəraşlar arasında açıq müsabiqə elan edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hazırlanacaq eskiz-layihə şəklində A3 formatında albom, eskiz-maket (model) şəklində qəbul olunur. Eskiz-maket (model) plastilin və ya bərk materialda (gips, qalvanika və s.) qəbul edilir. Eskiz-maketin (model) ölçüləri müəllif tərəfindən müəyyənləşdirilir.

Qəbul olunmuş layihə və eskiz maket (model) əsasında ölçülərə dair tələblər:

- Büstlər üçün: 2 natura;

- Tam heykəl üçün: 1 və ya 1,5 natura;

- Kompozisiyada portret üçün 1 natura.

Hazırlanacaq eskiz-layihə Bakı şəhərinin park və bağlarından biri üçün nəzərdə tutulmalıdır. Eskizlər hazırlanarkən yer heykəltəraş tərəfindən seçilmiş konkret ünvan və ya şərti olaraq müəyyənləşdirilmiş landşaft ola bilər. Eskiz-layihənin A3 formatında albom şəklində və işçi model şəklində hazırlanması müəllifin və ya müəlliflərin vəsaiti hesabına həyata keçirilir və buna görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən heç bir ödəniş tələb olunmur.

Müsabiqə martın 5-dən iyunun 1-dək davam edəcək. Layihələr iyunun 2-dən 9-dək Azərbaycan Dövlət Rəsm Qalereyasında (Bakı, Neftçilər prospekti, 123A, 1-ci mərtəbə 11-ci otaq, Telefon +994 12 493-86-33) qəbul olunur. Layihələrin təqdim edilməsi üçün son tarix iyun 9-da bitir.

Təqdim olunacaq layihələrə ilkin mərhələdə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq ekspert komissiyası tərəfindən baxılacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!