USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Daha bir ermənistanlı ictimai fəal “Ermənistan Azərbaycan Sülh Platforması”na qoşuldu

Ermənistandan olan ictimai fəal Sargis Movsisyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda məhz sülh yolu ilə həll olunması vacibliyini qeyd edərək “Ermənistan Azərbaycan Sülh Platforması”na qoşulduğu barədə bəyanat verib.

ASAN Radio AZƏRTAC-a istinadla bildirir ki, “Ermənistan Azərbaycan Sülh Platforması”nın mətbuat xidmətindən məlumat veriblər.

Bəyanatda deyilir: “Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha vurğulayıram.

Bu münaqişənin məhz beynəlxalq hüquq çərçivəsində həllinin, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin yerinə yetirilməsinin vacib olduğunu bildirirəm. ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayıram.

Yaxın keçmişdə erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, çox dərin təəssüf hiss ilə qeyd edirəm ki, erməni və Azərbaycan xalqlarının hazırda bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Xalqların sülh şəraitində birgəyaşayışını və 25 ildən çox davam edən münaqişənin həllini dəstəklədiyimi, əsas məqsədi Cənubi Qafqaz regionunda sülh və əmin-amanlıq qurmaq, onu saxlamaq olan “Ermənistan Azərbaycan Sülh Platformasın”a dəstəyimi ifadə etmək istəyirəm.

Buna görə də “Ermənistan-Azərbaycan Sülh Platformasın”a qoşulduğumu bəyan edirəm!

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!