Dağlıq Qarabağ münaqişəsinin bəzi əsas məsələləri həll olunmamış qalır.
ASAN Radionun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündən sonra keçirilən birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, məsələlərin əksəriyyəti ilə bağlı qısa zamanda razılıq əldə etmək olar, amma əsas məsələlərin həlli uzanır.
Öz növbəsində Elmar Məmmədyarov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas məsələ siyasi iradənin mövcudluğudur.
Onun sözlərinə görə, Azərbaycan üçün işğal olunmuş torpaqların geri qaytarılması milli maraqlara cavab verir: “Bizim üçün gərginliyin azaldılması çox vacibdir. Başa düşmək lazımdır ki, danışıqlar gedən zaman toplar susur”.
Nazir bildirib ki, rəsmi Bakı substantiv danışıqların keçirilməsində təkid edir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!