USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Beynəlxalq Qadınlar Günü Silahlı Qüvvələrdə qeyd edilib

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, mərkəzi və qarnizon zabitlər evlərində bayram tədbirləri keçirilib.

MN-dən ASAN Radioya xəbər verilib ki, Silahlı Qüvvələrdə xidmət edən və mülki qulluqçu kimi çalışan qadınların iştirakı ilə keçirilən mərasimlərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Müdafiə nazirinin bayram münasibəti ilə təbrikləri oxunub.

Mərasimlərdə çıxış edənlər hər zaman dövlətçiliyimizin möhkəmlənməsində fəal mövqedə dayanan, yorulmaz mübarizə əzmi göstərən Silahlı Qüvvələrin bütün qadınlarını təbrik edərək, onlara xoşbəxtlik və səadət, firavan həyat, uzun ömür, can sağlığı arzulayıblar.

Müxtəlif hərbi hissələrdə təşkil olunan tədbirlərdə qadınlara hədiyyələr təqdim olunub və yaradıcı kollektivlər mərasim iştirakçıları qarşısında rəngarəng konsert proqramları ilə çıxış ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!